Modern.az

Ermənistan spikeri Rusiyanı İTTİHAM ETDİ: Bacarmırlar...

Ermənistan spikeri Rusiyanı İTTİHAM ETDİ: Bacarmırlar...

21 Dekabr 2022, 19:01

“Rusiyanın BMT-dəki nümayəndəsinin Təhlükəsizlik Şurasındakı çıxışını mənfi qiymətləndirirəm”.

 

Modern.az “Baqramyan26”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

 

O qeyd edib ki, Ermənistanla sıx əlaqəsi olmayan ölkələrin nümayəndələri daha məqsədyönlü çıxış edib.

 

Simonyan bildirib ki, Rusiya təmsilçisinin çıxışı qaneedici deyil: “Hesab edirəm ki, Rusiya Federasiyası ya bacarmır, ya istəmir, ya da eyni zamanda, bacarmır və istəmir. Mən təəccüblənmirəm, son hadisələr göstərdi ki, Rusiya tərəfindən də oxşar reaksiya olacaq”.

 

Qeyd edək ki, Ermənistanın təklifi ilə dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır