Modern.az

Qriqoryan Baydenin müşaviri ilə Laçın yolunu müzakirə etdi 

Qriqoryan Baydenin müşaviri ilə Laçın yolunu müzakirə etdi 

22 Dekabr 2022, 18:19

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qriqoryan özünün "Facebook" hesabında məlumat yayıb.

 

Tərəflər Laçın yolu ətrafındakı cari vəziyyəti müzakirə ediblər.

 

“Biz vəziyyətin tezliklə həllinin və sülh danışıqları üzrə işin davam etdirilməsinin vacibliyini vurğuladıq”, - Qriqoryan qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama