Türkiyədə antiterror əməliyyatı keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Diyarbakır Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Diyarbakır başda olmaqla ölkənin ümumilikdə 9 regionunda eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı haqqında saxlanılma barədə qərar çıxarılmış 15 nəfərdən 14-ü yaxalanıb. Hazırda 1 şəxsin axtarışları davam etdirilir.
Qeyd olunub ki, saxlanılanlarla bağlı araşdırma və təhqiqat istiqamətində işlər görülür.