Modern.az

BMT Ukrayna münaqişəsinin həllində acizdir - Şarl Mişel

BMT Ukrayna münaqişəsinin həllində acizdir - Şarl Mişel

23 Dekabr 2022, 20:52

BMT Rusiyanın Təhlükəsizlik Şurasına üzvlüyünü dayandırmaq üçün mexanizm hazırlamalıdır.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

 

Mişel bildirib ki, Rusiya sistematik olaraq beynəlxalq hüququ pozur. O, ölkənin BMT-dən tamamilə çıxarılmasının tərəfdarı olmadığını vurğulayıb.

 

Aİ Şurasının rəhbəri qeyd edib ki, hazırda bu, mümkün deyil və belə bir addım BMT-nin təhlükəsizlik konsepsiyasının özünün dalana dirənməsinə gətirib çıxaracaq.

 

"Lakin biz gördük ki, bu müharibə başlamazdan əvvəl də BMT-nin təhlükəsizlik konsepsiyası artıq çox bərbad idi... Ona görə də mən gec-tez BMT-nin fəaliyyətində islahatların məcburi olacağına inananlar arasındayam", - Mişel əlavə edib.

 

Avropa İttifaqı Şurasının rəhbəri qeyd edib ki, BMT-nin təhlükəsizlik strukturu çox vaxt əsas beynəlxalq problemlərin, xüsusən də Ukrayna münaqişəsinin həllində acizdir. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər