Modern.az

ABŞ İran PUA-larına qarşı Ukraynaya kömək edir 

ABŞ İran PUA-larına qarşı Ukraynaya kömək edir 

Dünya

28 Dekabr 2022, 21:32

ABŞ İranın pilotsuz uçuş aparatları (PUA) istehsal etməsinin və onları Ukraynada istifadə edən Rusiyaya tədarükün qarşısını almaq üçün müxtəlif tədbirlər görür.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrian Watson “The New York Times”a bildirib.

 

“Biz PUA-ların istehsalında istifadə edilən özəl şirkətlərlə danışıqlar yolu ilə İranın pilotsuz uçuş aparatları istehsalına qarşı çıxmağın yollarını axtarırıq. Eyni zamanda İranın pilotsuz uçuş aparatı texnologiyasından istifadə imkanlarını məhdudlaşdırmaq üçün atıla biləcək əlavə ixrac nəzarəti addımlarını qiymətləndiririk”, - deyə o qeyd edib.

 

Məlumatda bildirilib ki, ABŞ ilk növbədə Tehranı PUA-larda istifadə olunan Qərb istehsalı komponentlərdən məhrum etmək istəyir. 

 

Bundan əlavə, ABŞ silahlı qüvvələri Ukrayna hərbçilərinə İran PUA-larının buraxılış məntəqələrini aşkar etməkdə köməklik göstərir. Eyni zamanda, amerikalılar Kiyev üçün pilotsuz uçuş aparatını aşkar edən yeni xəbərdarlıq texnologiyaları hazırlayırlar.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər