Modern.az

Suriyada 10 terrorçu zərərsizləşdirildi - YENİLƏNİB

Suriyada 10 terrorçu zərərsizləşdirildi - YENİLƏNİB

8 Yanvar 2023, 16:49

Türkiyə Silahlı Qüvvələri Suriyada daha 8 terrorçunu zərərsizləşdirib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Suriyanın şimalında, "Fırat Kalkanı" əməliyyatı zonasında daha 8 PKK/YPG terrorçusu məhv edilib.

 

Bununla da bu gün Suriyada zərərsizləşdirilən terrorçuların sayı 10-a çatıb.

 

*** 

14:11

 

Türkiyə ordusu Suriyanın şimalında daha 2 terrorçunu məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

 

Bildirilib ki, "Zeytin Dalı" əməliyyatının keçirildiyi bölgədə təsbit olunan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

 

"Terrora və terrorçuya keçid yoxdur! Mübarizəmiz effektiv və qərarlı şəkildə davam edəcək", - deyə məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi