Modern.az

“Bizim aramızı vurmağa çalışırlar” - Ərdoğan gənclərə səsləndi

“Bizim aramızı vurmağa çalışırlar” - Ərdoğan gənclərə səsləndi

Dünya

8 Yanvar 2023, 15:43

"Türkiyə gəncliyi ilə son 2 il ərzində 34 dəfə görüşmüşəm".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu "UniAK FEST" adlı tədbirdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

 

"Bəziləri bizim aramızı vurmağa çalışırlar. Mən son 2 ildə müxtəlif tədbirlər çərçivəsində gənclərlə 34 dəfə görüşmüşəm. Birlikdə gah gülmüşük, gah da kədərlənmişik. Görmüşük ki, gənclərlə eyni duyğuları paylaşırıq. Bunlar könül işi, qəlb işidir. Sizinlə qürur duymamaq mümkündürmü? Heç kim bizim aramızı vura bilməz", - deyə Ərdoğan çıxışında bildirib.

 

"Bu gənclik yatan dastanları oyadan gənclikdir", - Prezident əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi