Modern.az

Müharibədə iştirak edən rus general qərargah rəisi təyin olundu

Müharibədə iştirak edən rus general qərargah rəisi təyin olundu

Dünya

10 Yanvar 2023, 10:58

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargahına yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, bu barədə RBK-ya Rusiya Müdafiə Nazirliyindəki mənbə məlumat ötürüb.

 

Bildirilib ki, general-polkovnik Aleksandr Lapin qərargah rəisi təyin olunub.

 

Qeyd edək ki, A.Lapin 1964-cü ildə Kazan şəhərində dünyaya gəlib. O, general-polkovnik rütbəsini 2019-cu ildə alıb. A.Lapin Rusiya-Ukrayna müharibəsində iştirak edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi