Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev fəxri senator titulundan məhrum edilib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Konstitusya Məhkəməsinin qərarına əsasən, "Elbası haqqında" qanun ləğv olunacaq. Bununla da ölkə Konstitusiyasından fəxri senator titulu çıxarılacaq.
Qeyd edək ki, Nursultan Nazarbayevə fəxri ad qızı Dariqa Nazarbayeva Senatın sədri olarkən verilib.