Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.
İranlı nazir Suriya dövlət başçısı ilə görüşdən qabaq deyib ki, danışıqlar zamanı regional və beynəlxalq problemlər, həmçinin ikitərəfli əməkdaşlıq müzakirə olunacaq:
“Səfərin məqsədi qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin əlaqələndirilməsidir”.