Modern.az

İtaliyada saxlanılan rus məmurun oğlu: Məni ABŞ-a verməyin

İtaliyada saxlanılan rus məmurun oğlu: Məni ABŞ-a verməyin

17 Yanvar 2023, 10:46

ABŞ-ın tələbi ilə İtaliyada saxlanılan Rusiyanın Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu Artyom Ussun işinə Milan Apellyasiya Məhkəməsində baxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Novaya Gazeta Europe" məlumat yayıb.

 

Bildirilib ki, çirkli pulların yuyulmasında və sanksiyalardan yayınmaqda ittiham olunan A.Uss Rusiyaya göndərilməsini xahiş edib.

 

"Məni Rusiyaya çatdırın, ABŞ-a təhvil verməyin", - deyə Uss bildirib. ABŞ-da onu 30 ilə qədər həbs cəzası gözləyir.

 

Qeyd edək ki, Artyom Uss ötən ilin oktyabrın 17-də Milan hava limanında saxlanılıb. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, o, daha 6 nəfərlə birlikdə neft qaçaqmalçılığı, ABŞ-dan hərbi texnologiya ixracı və çirkli pulların yuyulmasında iştirak edib. Həmçinin Uss Rusiyada külli miqdarda çirkli pulların yuyulması ilə bağlı cinayət işində ittiham olunur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi