Modern.az

Prezidentliyə namizədin ailəsinə anonim təhdid

Prezidentliyə namizədin ailəsinə anonim təhdid

Dünya

21 Yanvar 2023, 17:47

Çexiyanın keçmiş baş naziri və ölkə prezidentliyinə namizəd Andrey Babiş ailəsinin anonim təhdidlər aldığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, idnes.cz xəbər portalına danışıb.

 "Bu səhər mühafizəçilər həyat yoldaşım Monikaya ünvanlanmış içərisində kim tərəfindən yollandığı bilniməyən məktub olan zərfi mənə verdilər. İçərisində patron və təhqirlərlə dolu anonim mesaj var idi. Bu barədə dərhal polisə məlumat verdim. Polis də sağolsun, məsələyə operativ münasibət göstərdi və  araşdırmaya başladı",- Babiş deyib.

Qeyd edək ki, yanvarın 13 və 14-də Çexiyada prezident seçkisi keçirilib. Keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə görə, istefada olan general Petr Pavel qalib gəlib. O, 35,4% səs toplayıb. Onun ikinci turdakı rəqibi Babiş birinci turda səs verənlərin 34,99 faizinin dəstəyini qazanıb. Seçkinin ikinci turu 27-28 yanvar tarixlərində keçiriləcək.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?