Türkiyə Xarici İşlər Nazirliyi Stokholm şəhərində müqəddəs "Qurani-Kərim"in yandırılmasını pisləyib.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında qeyd olunub.
"Müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir. Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının yetişdiyinin daha bir göstəricisidir. İsveç hökumətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə çağırırıq”, - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, danimarkalı ekstremist siyasətçi Rasmus Palu Türkiyənin İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim”i yandırıb. İsveç polisi hadisəyə müdaxilə etməyib.