Modern.az

NATO silah istehsalını artırmağa çağırıb 

NATO silah istehsalını artırmağa çağırıb 

Dünya

21 Yanvar 2023, 21:31

NATO ölkələri hərbi texnikanın, o cümlədən raketlərin, tankların və PUA-ların istehsalına daha çox diqqət yetirməlidir.

 

Modern.az xəbər verir ki, bunu Alyansın baş katibinin köməkçisi Anqus Lapsli BNS-ə açıqlamasında bildirib.

 

“Biz müdafiə məqsədlərinə mümkün qədər tez nail olmaq üçün problemlə üzləşirik, bunun üçün həm NATO, həm də Aİ hərbi texnika sənayesinin imkanlarına - raketlər, tanklar, pilotsuz uçuş aparatları istehsalına, eləcə də sənayenin maliyyələşdirilməsinə daha çox diqqət yetirməlidir", - Lapsli qeyd edib.

 

O bildirib ki, NATO-nun baş katibi silahlanmanın artırılması məsələsini müzakirə etmək üçün təşkilata üzv ölkələrin silahlı qüvvələri və sənaye nümayəndələrini toplantıya çağırıb. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi