Modern.az

Ərdoğan Avropanın ən sürətli metro xəttinin açılışını etdi

Ərdoğan Avropanın ən sürətli metro xəttinin açılışını etdi

22 Yanvar 2023, 16:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Avropanın ən sürətli metro xəttinin açılışını edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 1 ay müddətinə metrodan istifadənin pulsuz olacağı elan olunub.

 

34 kilometrlik yeni metro xəttində 90-120 kilometr/saat sürətini yığmaq mümkün olacaq.

 

İnkişaf planına əsasən, xətt gələcəkdə 69 kilometrə çatdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI