Modern.az

Ərdoğan hökuməti toplayır - Nələr müzakirə olunacaq?

Ərdoğan hökuməti toplayır - Nələr müzakirə olunacaq?

Dünya

22 Yanvar 2023, 18:12

Türkiyədə sabah hökumətin iclası keçiriləcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

 

Bildirilib ki, əsas müzakirə mövzularından biri İsveçin paytaxtı Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında keçirilən aksiyada "Quran" kitabının yandırılması və rəsmi Ankaranın buna cavabı olacaq.

 

Həmçinin bir sıra iqtisadi məsələlər, hicabla bağlı konstitusiya dəyişiklikləri, eləcə də seçki məsələləri müzakirə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI