Modern.az

Paşinyanın başıbağlı arvadı - FOTO

Paşinyanın başıbağlı arvadı - FOTO

23 Yanvar 2023, 14:03

Yanvarın 18-də Ermənistan baş nazirinin xanımı Anna Akopyan Ermənistanın İrandakı səfiri Arsen Avaqyanın müşayiəti ilə İran prezidentinin həyat yoldaşı Cəmilə Sədat Alamolhoda və İranın qadın məsələləri üzrə vitse-prezidenti Ensiya Xəzəri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Ermənistanın İrandakı səfirliyi bu barədə məlumat yayıb.

 

Bildirilib ki, Tehranda Anna Akopyan İranın birinci xanımının təşəbbüsü ilə təşkil olunan qadın konqresində iştirak edib.

 

"Yanvarın 19-da Anna Akopyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti İran prezidenti Seyid İbrahim Rəisinin konqresə həsr etdiyi ziyafətdə iştirak edib. Qəbul zamanı Anna Akopyan çıxış edərək İran prezidentinə və birinci xanımına təşəkkür edib", - deyə məlumatda qeyd olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi