Modern.az

Abdullahian İrana dron hücumunu etiraf etdi

Abdullahian İrana dron hücumunu etiraf etdi

29 Yanvar 2023, 18:10

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün ölkəsində baş verən partlayışlara aydınlıq gətirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, XİN başmısı mətbuat konfransında bu barədə danışıb.

 

"İranın Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum iranlı alimlərin dinc məqsədlərlə atomdan istifadə planlarına təsir etməyəcək. İranın təhlükəsizliyini zəiflətmək naminə ekspertlərimizin dinc məqsədlərlə atomun inkişafı ilə bağlı iradə və niyyətlərinə təsir edə bilməyən qorxaq addımlar atılıb", - deyə nazir bildirib.

 

Qeyd edək ki, gecə İranın İsfahanda yerləşən hərbi zavodlarına dron hücumu həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?