Modern.az

Makron prezident olmağa layiq deyil - Ərdoğan

Makron prezident olmağa layiq deyil - Ərdoğan

Dünya

30 Yanvar 2023, 09:43

Fransa prezidenti Emmanuel Makron dövlət başçısı kvalifikasiyasına uyğun gəlmir və Paris beynəlxalq aləmdə nüfuzunu sürətlə itirir.

Modern.az xəbər  verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Əslində Fransanın başında olan adam bu dövlətin rəhbəri olmağa layiq deyil. Baxın, hazırda Afrika ölkələrini istismar edirlər. Mali Fransa ilə tam partlayış  vəziyyətindədir. Burkina Faso ona son tarix verdi - “Sizə bir ay verirəm. Bir aydan sonra biz fransız əsgərlərini burada görmək istəmirik”, - deyiblər. Məncə, Toqo da bu cür addım atacaq. Və Fransa Afrikadakı nüfuzunu sürətlə itirir", - Türkiyə prezidenti deyib.


Ərdoğanın sözlərinə görə, beynəlxalq tədbirlərdə Makronla çoxlu görüşlər keçirib və belə qənaətə gəlib ki, fransalı həmkarı dürüst insan deyil.


"Dürüstlük olmayan yerdə etimad da olmaz. Təbii ki, dünyada belə liderlər çoxdur. Təəssüf ki, Fransa Aralıq dənizində Yunanıstanla münasibətlərdə Türkiyəni görməzlikdən gəlir və Afina fərqli əlaqələrə girir. Həm də çox fərqli ifadələr səsləndiri, - deyə prezident əlavə edib.


Ərdoğan qeyd edib ki, Makron prezident kimi parlamentdəki reputasiyasını itirib, ölkəsi isə beynəlxalq aləmdəki nüfuzunu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular