Modern.az

Podolyak: Bizə bu silahlar lazımdır...

Podolyak: Bizə bu silahlar lazımdır...

Dünya

1 Fevral 2023, 16:18

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak ölkəsinə lazım olan silahlar barədə məlumat paylaşıb.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

"Müharibənin hər mərhələsi müəyyən bir silaha ehtiyac yaradır. Rusiya rezervlərinin işğal altındakı torpaqlarda cəmləşdirilməsindən sonra Ukrayna və müttəfiqləri üçün dəqiqləşdirmələrə gərək duyulur. Buna görə də artıq tank koalisiyası (logistika, təlim, təchizat) var və uzun mənzilli raketlər və qırıcı təyyarələrin təmin olunması mövzusunda hazırda danışıqlar gedir", - deyə Ukrayna rəsmisi qeyd edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə