Modern.az

Cozep Borrel də Leyenlə birgə Ukraynadadır - FOTO (YENİLƏNİB)

Cozep Borrel də Leyenlə birgə Ukraynadadır - FOTO (YENİLƏNİB)

2 Fevral 2023, 13:20

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə yanaşı, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel də Kiyevdədir.

 

Modern.az xəbər verir ki, Borrel bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Ölkələrini müdafiə edən bütün ukraynalılara Aİ-nin ən güclü dəstək mesajını çatdırmaq üçün Kiyevə gəldim. Avropa İttifaqının yardımları Rusiya ilə müharibənin başlamasından bəri 50 milyard avroya çatıb. Avropa ilk gündən etibarən Ukrayna ilə həmrəydir və yenə də qalib gəlmək və yenidənqurma üçün yanında olacaq", - deyə o yazıb.

 

 

***

12:10

 

"Rusiyanın işğalından bəri 4-cü dəfə Kiyevdə olmaq gözəldir. Bu dəfə Komissiyanın nümayəndə heyəti ilə. Aİ-nin sıx şəkildə Ukraynanın yanında olduğunu göstərmək üçün buradayıq. Dəstəyimizi və əməkdaşlığımızı dərinləşdirmək üçün".

 

Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukraynaya səfəri ilə bağlı tviter səhifəsində yazıb.

 

 

***

11:10

 

Bu gün Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukraynaya səfər edəcək.

 

Modern.az Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, o və digər 15 üzvü olan nümayəndə heyəti Ukrayna hökumətinin nümayəndələri ilə görüşlər keçirmək üçün Kiyevə yola düşüb.

 

Bildirilib ki, səfər Rusiyanın əsassız təcavüzü qarşısında Komissiyanın Ukraynaya dəstəyinin güclü simvoludur.

 

Həmçinin vurğulanıb ki, Komissiya ilə Ukrayna hökuməti arasında keçiriləcək görüşdə Aİ və Ukrayna arasında əməkdaşlığın bir çox sahələri üzrə fikir mübadiləsi aparmaq, müharibədən sonra qarşıdan gələn yenidənqurma və bərpa, eləcə də ölkənin Avropaya inteqrasiya yolunu müzakirə etmək imkanı olacaq.

 

"Bu, həm də Ukrayna ilə gələcək əməkdaşlığı dərinləşdirmək üçün bir fürsətdir", - deyə məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA