Cənubi Koreya sahillərində qayıq batıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, batan qayıq balıqçılara məxsus olub.
Bildirilib ki, 12 balıqçını daşıyan qayığın batması nəticəsində 9 nəfər itkin düşüb. 3 balıqçı isə yaxınlıqdakı gəmi tərəfindən xilas edilib.
Hazırda axtarış-xilasetmə tədirləri davam etdirilir. Qayığın batmasının səbəbləri araşdırılır.