Modern.az

Medvedçukun arvadına cinayət işi açıldı, şirkətlərində axtarış aparıldı - FOTOLAR

Medvedçukun arvadına cinayət işi açıldı, şirkətlərində axtarış aparıldı - FOTOLAR

Dünya

7 Fevral 2023, 12:06

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə əsir mübadiləsi zamanı Moskvaya təhvil verilmiş Rusiyayönümlü siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko ilə əlaqəli şirkətlərdə 11 axtarış aparıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, eləcə də şirkətlərin direktorlarının və sahiblərinin ortaqlarının evlərində axtarışlar həyata keçirilib.

 

Medvedçukun Rusiyada olduğu ehtimal edilən həyat yoldaşının özü Ukraynanın ərazi bütövlüyünü pozan və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətləri maliyyələşdirmə maddəsi ilə şübhəli bilinib.

 

Məlumata görə, Yaltada Marçenkoya məxsus şirkət Krımda Medvedçuk ailəsinin əmlakının qorunması üçün Rusiya Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyasının xidmətlərinə ödənişlər edib.

 

Bunun üçün Marçenkonun Kiyevdəki şirkətlərinin aktivləri Krımın Yalta şəhərinə köçürülüb və burada 1 milyard rubl nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb. Bundan əlavə, o, Rusiya büdcəsinə vergilər, habelə əmlakın mühafizəsi xidmətləri üçün ödəniş edib.

 

Bildirilib ki, axtarışlar zamanı rəsm əsərləri, heykəllər və əntiq əşyalar aşkarlanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər