Modern.az

Ukrayna bu tarixdə Avropa İttifaqına üzv olacaq - Prezident açıqladı

Ukrayna bu tarixdə Avropa İttifaqına üzv olacaq - Prezident açıqladı

11 Fevral 2023, 18:51

Ukrayna prezidenti Volodimir Zelenski bəzi Avropa liderlərinin bədbin proqnozlarına baxmayaraq, ölkəsinin iki ildən sonra Avropa İttifaqına (Aİ) üzv olacağına ümid edir.

 

Modern.az xəbər verir ki, bu barədə o, "JP Morgan" tərəfindən təşkil edilən investisiya forumunda çıxışı zamanı bildirib.

 

Prezidentin sözlərinə görə, son bir ildə Ukraynada çox şey dəyişib, xüsusən, korrupsiyaya qarşı mübarizədə ciddi yol qət edilib.

 

“Bu gün dünya liderləri arasında bəzi pessimistlər var, Ukraynanın Avropa İttifaqına üzv olması üçün daha on il vaxt lazım olduğunu deyirlər. Amma bizi tanımırlar, hətta bəzən ruhumuzdan, enerjimizdən qorxurlar. Ona görə də mən hesab edirəm ki, biz iki ildən sonra Avropa İttifaqında olmalıyıq”, - deyə Zelenski qeyd edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi