Modern.az

Xersonda partlayış səsləri eşidilir

Xersonda partlayış səsləri eşidilir

14 Fevral 2023, 11:08

Ukraynanın işğaldan azad etdiyi Xerson şəhərində bu gün insanlar səhəri gurultulu səslərlə açıblar.

 

Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, yerli sakinlər partlayış səsləri eşidiblər.

 

"Xersonda partlayışlar baş verir, səslər hələ də eşidilir", - deyə yerli ictimaiyyət nümayəndələri məlumat verib. İtkilər və ya dağıntılar barədə detallar məlum deyil.

 

Bildirilib ki, Rusiyanın raket zərbələri və aviasiya hücumu barədə informasiyalar dolaşsa da, hazırda şəhərdə partlayışlarla bağlı rəsmi məlumat yoxdur.

 

Xatırladaq ki, son sutka ərzində Rusiya ordusu Xersonu 13 dəfə atəşə tutub. Bəzi mərmilər dəmir yoluna və yaşayış binalarına düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?