Modern.az

15 deputat Putinin keçirəcəyi iclasa buraxılmayacaq - SƏBƏB

15 deputat Putinin keçirəcəyi iclasa buraxılmayacaq - SƏBƏB

15 Fevral 2023, 13:48

Rusiya Dövlət Dumasının 15 deputatı ölkə prezidenti Vladimir Putinin qanunverici orqana müraciət edəcəyi iclasda iştirak edə bilməyəcək.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb onların COVID-19 virusuna yoluxmasıdır.

 

Bildirilib ki, Putinin müraciəti ilə bağlı bütün deputatlardan koronavirus testi götürülüb. Onlardan 15-nin nəticəsi pozitiv çıxıb.

 

COVID testinin nəticəsi pozitiv çıxarsa, başqa şəxslərin də sözügedən iclasa buraxılmayacağı vurğulanıb.

 

Qeyd edək ki, yaxın müddətdə Putinin Dövlət Dumasına müraciəti gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır