Modern.az

Yanukoviçin oğlu biznesini Rusiya qeydiyyatına keçirdi - FOTO

Yanukoviçin oğlu biznesini Rusiya qeydiyyatına keçirdi - FOTO

Dünya

23 Fevral 2023, 14:02

Ukrayanın Rusiyada yaşayan sabiq prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç biznesini Rusiya yurisdiksiyasına keçirib və işğal altındakı Donetskdə qeydiyyata düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.

 

Məlumata görə, yanvarın 17-də Aleksandr Yanukoviçin “MAKO Holding” şirkəti məlumatlarının Rusiyada hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün ərizə verib.

 

Bildirilib ki, şirkət və onun strukturları Donetskdə Artyom küçəsində qeydiyyatdadır. Bundan əvvəl isə şirkət de-yure Kramatorskda yerləşirdi.

 

Qeyd edək ki, 2006-cı ildən şirkət mehmanxana daşınmaz əmlakının tikintisi, onun idarə edilməsi, kömür ticarəti və sənaye avadanlıqlarının istehsalı ilə məşğuldur. “MAKO Holding” Avrop İttifaqı və ABŞ-ın sanksiyaları altındadır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu