Modern.az

Britaniyadan Rusiyaya qarşı yeni SANKSİYALAR

Britaniyadan Rusiyaya qarşı yeni SANKSİYALAR

Dünya

24 Fevral 2023, 11:56

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Yeni sanksiyalar 92 fiziki və hüquqi şəxsə təsir edib. Sanksiyalar “Rosatom” şirkətinin, həmçinin Rusiyanın iki ən böyük müdafiə şirkəti “Rostec” və “Almaz-Antey”in və dörd bankın rəhbərlərinə şamil edilib.

 

Tula vilayətinin rəhbəri Aleksey Dyumin, Rusiya Baş nazirinin keçmiş müavini və Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın oğlu Aleksey Kozak, “Qazpromexport”un baş direktoru və “Qazprom”un İdarə Heyəti sədrinin müavini Yelena Burmistrova, Aeroflotun baş direktoru Sergey Aleksandrovski "qara siyahı"ya salınıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu