Modern.az

Qayıq batdı, 59 miqrant suda boğulub öldü - YENİLƏNİB

Qayıq batdı, 59 miqrant suda boğulub öldü - YENİLƏNİB

Dünya

26 Fevral 2023, 23:04

İtaliyanın Kalabriya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 59 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, qayıqdakı miqrantların İran, Pakistan və Əfqanıstan vətəndaşları olduğu bildirilib.

 

Sudan 12-si uşaq və 33-ü qadın olmaqla, ümumilikdə 59 nəfərin cəsəd çıxarılıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.

***

18:08

 

İtaliya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 45 nəfər ölüb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 80 miqrant isə xilas edilib.

 

Qayıqda ümumilikdə 120-dən çox insanın olduğu qeyd olunub.

 

***

13:49

 

İtaliya sahillərində miqrantları daşıyan qayıq batıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 34 nəfər həyatını itirib.

 

50-dən çox miqrant xilasedicilər tərəfindən quruya çıxarılıb.

 

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu