Modern.az

Qrossi İrana səfər edəcək 

Qrossi İrana səfər edəcək 

27 Fevral 2023, 18:48

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İrana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi məlumat verib.

 

O əlavə edib ki, baş direktorun səfəri yaxın günlərdə baş tutacaq. 

 

Kamalvəndi səfərin proqramı ilə bağlı yaxın vaxtlarda mətbuatda əlavə məlumat veriləcəyini deyib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakını müharibə ilə hədələdi