Modern.az

Lukaşenkonun rəqibinə 15 il həbs verildi

Lukaşenkonun rəqibinə 15 il həbs verildi

Dünya

6 Mart 2023, 16:24

Belarus məhkəməsi xaricdə yaşayan müxalifət lideri Svetlana Tixanovskaya haqqında hökm çıxarıb.

 

Modern.az xəbər verir ki, Minsk məhkəməsi Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskayanı qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.

 

Tixanovskaya və onun 4 komanda yoldaşına qarşı hakimiyyəti zorla ələ keçirməyə cəhd, dövlətə xəyanət də daxil olmaqla, 10-dan çox ittiham irəli sürülüb.

 

Qeyd edək ki, Belarus prezidentliyinə keçmiş namizəd ölkədə seçki saxtakarlığına etiraz məqsədilə başlayan aksiyaların iğtişaşa çevrilməsindən sonra Litvaya getmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu