Modern.az

Ermənistanla Gürcüstan arasında memorandum imzalandı - YENİLƏNİB

Ermənistanla Gürcüstan arasında memorandum imzalandı - YENİLƏNİB

Dünya

10 Mart 2023, 12:12

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Tbilisidə gürcüstanlı həmkarı Mixail Çxenkeli ilə görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər əməkdaşlıq memorandumu imzalayıb.

 

Bildirilib ki, Andreasyan həmçinin Gürcüstanın dövlət məktəbləri üçün erməni dilində tədris olunan 18 minə yaxın dərslik və metodiki vəsaiti həmkarına təhvil verib.

 

Həmçinin Ermənistanın orta məktəblərində gürcü dilinin üçüncü xarici dil kimi tədrisi barədə müzakirələr aparılıb.

 

***

09.03.2023 / 12:58

 

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlıq memorandumu imzalanacaq.

 

Belə ki, İrəvan Dövlət Universiteti və Tbilisi Dövlət Universiteti arasında əməkdaşlığa və mədəniyyət günlərinin keçirilməsinə dair sazişlər bağlanacaq.

 

Qeyd olunub ki, iki günlük işgüzar səfərdə ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edilməsi də nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI