Modern.az

AKP-nin seçki kampaniyasında musiqi olmayacaq

AKP-nin seçki kampaniyasında musiqi olmayacaq

Dünya

10 Mart 2023, 16:12

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçki kampaniyasında zəlzələ ilə bağlı musiqi istifadə etməyəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu partiyanın sədri Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

 

Onun sözlərinə görə, namizəd kimi qeydə alınmaq üçün müraciət edənlərin ödədiyi rüsum isə AFAD-ın zəlzələnin fəsadlarının aradan qaldırılması üçün nəzərdə tutulmuş bank hesablarına ianə kimi köçürüləcək.

 

Qeyd edək ki, Ərdoğan bu gün seçkilərin tarixinin dəyişdirilməsi ilə bağlı qərar imzalayıb. Ali Seçki Komissiyasının məsələyə baxmasından sonra seçkilər 14 mayda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI