Türkiyədə baş verən zəlzələlər nəticəsində həlak olanların sayı 47 932 nəfərə yüksəlib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir qeyd edib ki, zəlzələr nəticəsində 6265 xarici ölkə vətəndaşı həyatını itirib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.