Modern.az

Hatayda sahil çökdü - Dəniz quru ilə birləşdi

Hatayda sahil çökdü - Dəniz quru ilə birləşdi

Dünya

12 Mart 2023, 12:28

Türkiyədə zəlzələ baş verən bölgədə yerləşən Hatay vilayətində sahil çöküb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, təbiət hadisəsi vilayətin İskenderun rayonunda, eyniadlı körfəzin sahillərində qeydə alınıb.

 

Bildirilib ki, çökmə göstəricisi təxminən 1 metrdir. Nəticədə quru və dənizin səviyyəsi bərabərləşib və birləşmə baş verib.

 

Hazırda ərazidə elmi müəssisələr tərəfindən araşdırma və tədqiqat işləri aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI