Modern.az

Tokayev Təhlükəsizlik Şurasını TOPLADI

Tokayev Təhlükəsizlik Şurasını TOPLADI

Dünya

15 Mart 2023, 11:07

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının toplantısını keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Zakon.kz" məlumat yayıb.

 

Bildirilib ki, toplantıda Milli Təhlükəsizlik Risklərinin İdarə Edilməsi üzrə Tədbirlər Planının icrası məsələlərinə baxılıb. Həmçinin baş nazirin müavini Roman Sklyar məruzə ilə çıxış edib.

 

Məlumata görə, aidiyyəti dövlət qurumları da mövzu ilə bağlı informasiya verib. Tokayev milli təhlükəsizliyə qarşı mövcud çağırışların və təhdidlərin obyektiv qiymətləndirilməsinin, habelə onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasının zəruriliyini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu