Modern.az

Rusiya ABŞ silahlarını Tehrana verib

Rusiya ABŞ silahlarını Tehrana verib

Dünya

15 Mart 2023, 15:22

Rusiya Ukraynada ələ keçirilən ABŞ istehsalı silahların nümunələrini Tehrana təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, iranlı ekspertlər ABŞ silahlarını ətraflı tədqiq edir.

 

ABŞ rəsmiləri isə bildiriblər ki, Amerikanın “Javelin” tank əleyhinə raket komplekslərinin nümunələri Tehranın əlinə keçib. Ukrayna Silahlı Qüvvələri bu silahlardan bir neçəsini döyüş meydanını tərk etmək məcburiyyətində qalıb.

 

İranın Ukraynada ələ keçirilən Amerika silahlarından hər hansı birinin sürətini çıxarıb-çıxarmadığı məlum deyil.  Keçmişdə Tehran ələ keçirilən Amerika silah sistemlərini kopyalamağı bacarıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə