Modern.az

Qərbi Azərbaycandakı zəlzələ Ermənistanda da hiss olundu

Qərbi Azərbaycandakı zəlzələ Ermənistanda da hiss olundu

Dünya

16 Mart 2023, 17:18

İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş verən 5.3 ballıq zəlzələ Ermənistanda da hiss olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb. Bununla da zəlzələnin hiss edildiyi ölkələrin sayı 4-ə çatıb.

 

Bildirilib ki, zəlzələ Ermənistanın Sünik vilayətində (Zəngəzur) 3-4 bal gücündə, Vayots Dzor vilayətində (Dərələyəz) və Ararat vilayətində (Vedibasar) 3 bal, paytaxt İrəvanda isə  2-3 bal gücündə hiss edilib.

 

Qeyd edək ki, İrandakı zəlzələ Ermənistanla yanaşı, Azərbaycan və Türkiyədə də silkələnməyə səbəb olub.

Bu xəbər ilə bağlı
Güclü zəlzələ 3 ölkəni SİLKƏLƏDİ
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu