Modern.az

ABŞ Türkiyə və Suriyaya əlavə 50 milyon dollar verəcək

ABŞ Türkiyə və Suriyaya əlavə 50 milyon dollar verəcək

Dünya

21 Mart 2023, 00:15

ABŞ fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən şəxslərə əlavə 50 milyon dollar yardım edəcək.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bəyanatında bildirilir.

"Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkmiş insanlara yardım üçün əlavə 50 milyon dollarlıq təcili humanitar yardım öhdəliyi qəbul edilib", - açıqlamada deyilir.

Məlumatda vurğulanır ki, bununla da ABŞ-ın zəlzələ çərçivəsində göndərdiyi humanitar yardımın məbləği 235 milyon dollara çatıb.

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveçin təşkilatçılığı ilə Türkiyə və Suriyaya yardım üçün Beynəlxalq Donorlar Konfransı keçirilib. "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI