Modern.az

Tokayev parlament seçkilərindən DANIŞDI

Tokayev parlament seçkilərindən DANIŞDI

Dünya

21 Mart 2023, 09:42

"Parlament seçkiləri genişmiqyaslı dəyişikliklərin layiqli davamı oldu".

 

Modern.az "Zakon.kz"a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev paytaxt Astanada keçirilən Novruz bayramı tədbirindəki çıxışı zamanı deyib.

 

"Ölkənin siyasi inkişafında yeni mərhələ başlayıb. Bu tarixi məqamın Novruz bayramının qeyd olunması ilə üst-üstə düşməsi simvolikdir. Xalq bizim təkliflərimizi dəstəklədi. İl ərzində biz nəzərdə tutulan hər şeyi uğurla həyata keçirdik. Hakimiyyət sisteminin yenilənməsi istiqamətində ciddi siyasi addımlar atılıb”, - deyə o bildirib.

 

Tokayev bunun ölkənin iqtisadi uğurlarına müsbət təsir etdiyini vurğulayıb.

 

Qeyd edək ki, martın 19-da keçirilən parlament seçkilərində iqtidardakı "Amanat" Partiyası qələbə qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI