Modern.az

Ukrayna Çin liderindən cavab gözləyir

Ukrayna Çin liderindən cavab gözləyir

21 Mart 2023, 11:45

Rəsmi Kiyev Çin sədri Si Tsinpin və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığının təsdiqini gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna baş nazirinin müavini, işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib.

 

O, telefon danışığının mütləq baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandırıb: "Bilmirəm, təsdiq gözləyirik".

 

Bundan əvvəl "The Wall Street Journal" yazmışdı ki, Si Tsinpin Moskvaya səfərindən sonra Zelenski ilə danışmaq niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI