Modern.az

Rusiya GRECO-dan çıxmaq qərarına gəlib - Lavrovun müavini

Rusiya GRECO-dan çıxmaq qərarına gəlib - Lavrovun müavini

Dünya

21 Mart 2023, 12:20

Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov beynəlxalq miqyasda korrupsiya ilə mübarizədən danışıb.

 

Modern.az xəbər verir ki, o, TASS-a müsahibəsində bu mövzuya toxunub.

 

"Rusiya Federasiyası MDB ölkələrinin korrupsiyaya qarşı mübarizə haqqında sazişinin tezliklə ratifikasiya olunmasını gözləyir. Avropa Şurasının Korrupsiyaya dair Cinayət Hüququ Konvensiyasının denonsasiyası Rusiyanın korrupsiya ilə mübarizə imkanlarını məhdudlaşdırmayacaq. Moskvanın denonsasiya qərarı Avropa Şurasının Rusiyanı vahid hüquqi məkandan sıxışdırmaq xəttinə görə məcburi şəkildə verilib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq bərabərhüquqlu olmalı və milli maraqlar nəzərə alınmalıdır, ayrı-seçkilik yolverilməzdir", - deyə o bildirib.

 

"Rusiya özünə qarşı ayrı-seçkiliyi istisna etmək üçün Korrupsiyaya Qarşı Dövlətlər Qrupundan (GRECO) tamamilə çıxmaq qərarına gəlib", - deyə nazir müavini əlavə edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI