Türkiyənin milli təhsil naziri Mahmut Özer zəlzələ bölgəsində tədris prosesinin bərpası barədə açıqlama verib.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"4 vilayətdə mərhələli şəkildə tədrisə başlamaq qərarı almışıq. 27 martdan etibarən tədris prosesinə sadəcə yararlı olması rəsmi şəkildə təsdiqlənən məktəb binalarında start veriləcək", - deyə nazir bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.