Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Beynəlxalq Cinayət Məhkəməsinin prezident Vladimir Putinin həbsi ilə bağlı qərarına etirazını bildirib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, spiker Putinin həbsinə qərar verən hakimlərin cəzalandırılmasını tələb edib.
"Rusiya Prezidenti Vladimir Putinə qarşı qəbul edilmiş qərara görə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimləri məsuliyyətə cəlb edilməlidir", - deyə Volodin vurğulayıb.
Qeyd edək ki, Haaqa məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə qərar verib.