Çin lideri Si Tsinpin Rusiyaya səfəri çərçivəsində yenidən Kremlə gedib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, Moskvada olduğu müddətdə ikinci dəfə ölkə prezidenti Vladimir Putinlə görüşəcək.
Qeyd edək ki, Tsinpin Putinlə dünən də görüşmüşdü. Bu gün isə Çin lideri Rusiya baş naziri Mixail Mişustinlə Hökumət Evində bir araya gəlmişdi.