Modern.az

Ərdoğan ilk iftarını zəlzələ bölgəsində açacaq

Ərdoğan ilk iftarını zəlzələ bölgəsində açacaq

22 Mart 2023, 12:03

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk günündə zəlzələ bölgəsinə səfər edəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, Kahramanmaraşa yola düşəcək.

 

Bildirilib ki, burada Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olacaq.

 

Həmçinin Türkiyə prezidenti zəlzələdən zərər görmüş yerli sakinlərlə birgə ilk iftarını Kahramanmaraşda açacaq.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!