Modern.az

Zelenski Yaponiya baş naziri ilə nədən danışdı? - DETALLAR

Zelenski Yaponiya baş naziri ilə nədən danışdı? - DETALLAR

Dünya

22 Mart 2023, 13:17

Yaponiya G7 ölkəsi kimi Rusiyaya qarşı sanksiyaları təşviq edəcək və Ukraynanın bərpasında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

Bildirilib ki, baş nazir Fumio Kişida Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı ölkəsinin Ukraynanın bərpası üçün əlavə yardım ayıracağını bildirib.

 

Kişida, həmçinin xatırladıb ki, Ukrayna məsələsi may ayında keçiriləcək G7 toplantısının əsas mövzusu olacaq. O, Zelenskini onlayn görüşdə iştirak etməyə dəvət edib. Baş nazir nüvə bombardmanlarına məruz qalan Yaponiyanın bu mövzunu G7 sammitində qaldıracağını vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı