Modern.az

ABŞ Belarus müxalifəti ilə strateji dialoqa başlayır

ABŞ Belarus müxalifəti ilə strateji dialoqa başlayır

Dünya

23 Mart 2023, 10:07

ABŞ 2023-cü ilin sonundan etibarən “Belarusun demokratik hərəkatı və vətəndaş cəmiyyəti” ilə strateji dialoqa başlamaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman və Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın Vaşinqtonda görüşündən sonra verilən birgə bəyanatda qeyd olunub.

 

Qeyd olunur ki, strateji dialoqda Belarus məsələləri ilə məşğul olan ABŞ dövlət qurumları, o cümlədən Belarusun demokratik qüvvələri, siyasi liderlər, vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil jurnalistlər, hüquq müdafiəçiləri, sadə Belarus vətəndaşları iştirak edəcək.

 

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Belarus müxalifəti ilə əməkdaşlıq üzrə xüsusi nümayəndə təyin etmək niyyətində olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı