Modern.az

Türkiyə parlamentinin bərbəri də deputat olmaq istəyir

Türkiyə parlamentinin bərbəri də deputat olmaq istəyir

Dünya

24 Mart 2023, 12:17

20 ildən artıqdır Türkiyə Böyük Millət Məclisində (TBMM) bərbər işləyən Mümtaz Arslan mayın 14-də keçiriləcək parlament seçkilərində iştirak edəcək.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizəd olacaq.

 

TBMM-nin baş bərbəri olan Mümtaz Arslan karyerasına 12 yaşında başlayıb. 23 yaşında biznes sahibi olan Arslan 2003-cü ildə parlamentdə bərbər kimi fəaliyyətə başlayıb.

 

O, Süleyman Dəmirəl, Bülent Ecevit, Necmettin Erbakan və bir çox siyasi xadimlərə xidmət göstərib.

 

Arslan deputat seçiləcəyi təqdirdə bərbərlərin problemlərini gündəmə gətirəcəyini bildirib: "Türkiyə Böyük Millət Məclisinə gələndə onların bütün problemlərini ən yaxşı şəkildə həll edəcəyəm, onlara kömək edəcəyəm, ən yaxşı şəkildə təmsil edəcəyəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi