Modern.az

Zelenski Rusiya və İrana sanksiya tətbiq etdi

Zelenski Rusiya və İrana sanksiya tətbiq etdi

Dünya

1 Aprel 2023, 17:46

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yayılıb.

 

Hazırda Ukraynada fəaliyyət göstərən və mühərrik istehsalı ilə məşğul olan "Motor Siç" şirkətinin keçmiş sədri Vyaçeslav Boquslayeva və Rusiya Maliyyə Nazirliyinə qarşı məhdudiyyətlər tətbiq edilib.

 

Qeyd olunub ki, Rusiyadan olan 350-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar qüvvəyə minib. Rusiya Maliyyə Nazirliyi ilə yanaşı, Federasiya Şurasına da (parlamentin yuxarı palatası) sanksiyalar tətbiq edilib.

 

Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Cihad Araşdırma və Özünə Güvən Təşkilatı və səkkiz İran vətəndaşı da "qara siyahı"ya salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı